Avtobus dayanacağında ölən şəxs xalq artisti imiş

Dünən günorta saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, Dəmiryol vağzalının qarşısındakı dayanacaqda naməlum kişi meyiti aşkarlanıb. Təxminən 55-60 yaşlarında olan kişinin meyitinin kimliyini müəyyənləşdirmək üçün dayancaqda dayananlar onun üzərindəki mobil telefonu götürüb yaxınlarına zəng vurub. Şahidlərin dediyinə görə, kişi əvvəlcə oturucaqda əyləşib, sonra halsızlaşıb. Əraziyə cəlb olunmuş polislərin dediyinə görə, artıq meyit məhkəmə-tibbi ekspertizasına göndərilib. Hətta meyitin kimiliyi bəlli olub. O, 1965-ci il təvvəlüdlü xalq artisti adını almış Eldar Axundovdur.
Deyilənin nə dərəcədə doğru olduğunu öyrənmək üçün məhkəmə-tibbi ekspertizasına yollandıq. Elə orda xalq artistinin həyat yoldaşı Natella xanımla görüşdük. Lakin o, müsahibə verməkdən boyun qaçırdı. Eldar Axundovun dünyasının dəyişmə səbəbinə gəlincə, onun xanımı ürək-damar xəstəliyi üzündən sənətkarı itirdiklərini bildirdi. Elə sonuncu dəfə xəstəxanaya müayinə olunmaq üçün gedirmiş.
Məlumunuz olsun ki, Eldar Axundov vaxtilə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona “Xalq Artisti” fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.
Allah rəhmət eləsin! ANS
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












