Avtobus sıxlıqdır, minməyək: bəs, işə necə gedək?

Dövlət Yol Polisi vətəndaşlara tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq və insanların sıx olduğu avtobuslardan istifadə etməməklə bağlı xəbərdarlıq edib. Amma vətəndaşların mövqeyindən fərqli mənzərənin şahidi oluruq. Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) vətəndaşlara insanların sıxlıq müşahidə olunan şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə etməmələri ilə bağlı müraciəti haqda danışarkən deyib. O bildirib ki, indiki halda insanların başqa çıxış yolu yoxdur: “Taksidən istifadə etməyə hər kəsin imkanı çatmır. Buna görə də avtobuslarda sıxlıq yaranır. Bu mənzərədən müəyyən mənada çıxış yolu kimi metronun fəaliyyətinin bərpasını görürəm. Təbii ki, ciddi nəzarət altında yeraltı nəqliyyatın fəaliyyətinin başlaması mümkündür”.
Ekspert alternativ nəqliyyat vasitələrinin mövcudluğunun zəruri olduğunu bildirib: “Metronun bağlı qalması, digər ictimai nəqliyyat növlərinin olmaması müəyyən çətinlik və problemlər yaradır. Belə ki, biz indiki pandemiya dövründə Azərbaycanda vaxtilə mövcud olan tramvay və trolleybus sistemlərinin ləğvinə görə əziyyət çəkirik. Əlavə ictimai nəqliyyat növləri olmalıdır. İctimai nəqliyyatın bir neçə növü mövcud olan ölkələrdə bu problemlər yaşanmır. Dünya təcrübəsinə nəzər salsaq, xarici ölkələrdə mövcud olan dəniz nəqliyyatından tutmuş tramvay, trolleybus, metrobus və daha çox sərnişin tutumu olan elektrik qatarlarının əhalinin tam tələbatını ödədiyini görə bilərik.
2018-ci ilin dekabrında Prezident tərəfindən imzalanan Dövlət Proqramında aidiyyəti qurumlara alternativ nəqliyyat növlərinin yaradılması təkliflərinin hazırlanması barədə tapşırıq verilib. Pandemiya səbəbilə bir çox sahəni iflic edən 2020-ci il bitmək üzrədir. Növbəti il bununla bağlı müəyyən təkliflərin və konkret addımların atılacağına ümid edirəm”.
Qeyd edək ki, artıq 14 sentyabrdan başlayaraq, metronun fəaliyyəti bərpa ediləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












