Avtobus sürücülərinə vaxt verildi

"Əgər Olimpiya Oyunları dövründə sərnişindaşıma ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs, sahibkar verilən tapşırığı yerinə yetirməsə, onların lisenziyası ləğv ediləcək, işlər onların öhdəsindən layiqincə gələn sahibkarlara həvalə olunacaq". Avtosfer.az-ın məlumatına görə, bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəhbərliyi tərəfindən fevralın 11-də geniş müşavirə keçirilib. İclasda birmənalı şəkildə qeyd edilib ki, Olimpiya Oyunları zamanı xidmət göstərəcək və sərnişindaşıma ilə məşğul olan nəqliyyat və qeyri-nəqliyyat vasitələri texniki cəhətdən saz, tam təmirili, sürücülər isə xüsusi geyim formasında olmalıdırlar. Ə.Səfərov qeyd edib ki, bununla bağlı həmin nəqliyyat vasitələrinə baxış keçiriləcək: “Onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün martın 6-dək vaxt vermişik. Sonra nəqliyyat vasitələri İdarədə təşkil olunmuş komissiya tərəfindən bir-bir yoxlanılacaq. Avtomobillərin xarici görünüşü, içi, oturacaqları, işləmə mexanizmi və s. detallarınadək gözdən keçiriləcək. Bəzi ortatutumlu avtomobillər var ki, onların vəziyyəti bizi qane etmir. Onların xəttə buraxılması qəti şəkildə dayandırılacaq”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












