Avtobus sürücülərinin yeni oyunu - FOTO

Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişinlər arasında insident baş verib. 91 saylı avtobus Biləcəri qəsəbəsindən “Memar Əcəmi” metrosu istiqamətinə gedərkən Beynəlxalq Avtovağzalın ərazisində dayanacaqda dayanmayıb. Sürücü buna səbəb kimi yolun tıxac olmasını göstərib. Sərnişinlər isə buna etirazlarını bildiriblər. Nəticə bir neçə sərnişinlə sürücü arasında dava düşüb. Əslində bu tipli hadisələr bir çox sərnişin avtobuslarında baş verib. Avtobus sürücüləri çox vaxt dayanacaqlarda saxlamırlar. Bəziləri “düşən var?”, soruşurlar. Çox vaxt da bu zaman problemlər yaranır.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyi isə birmənalıdır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, hər bir halda avtobuslar bütün dayanacaqlarda saxlamalıdır. Əgər hansısa sürücü dayanacaqda saxlamırsa, sərnişinlər bu barədə nazirliyin “qaynar xətti”nə şikayət edə bilərlər.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov isə bildirib ki, belə hadisələr ən çox tıxac vaxtı baş verir.
“Tixac olanda sürücülər qrafikdən kənara çıxırlar. Buna görə onlar dayanacaqlarda saxlamırlar. Bu zaman da narazılıqlar yaranır. Bizim əməkdaşlarımız da reydlər keçirir. Belə neqativ hallarla rastlaşdıqda tədbirlər görülür”, - deyə Elçin Nəsirov bildirib. Sahibkarlar isə belə halların pik saatlarında, sərnişin sıx olduğu vaxtlarda baş verdiyini bildirirlər. 91 və 92 saylı avtobusların tabe olduğu “3 qardaş” MMC-nin rəhbəri Hacı Mübariz Quliyevin verdiyi məlumata görə, sürücüləri də qınamaq olmaz. “Kim öz qazancından qalar? Nəqliyyat Nazirliyi dayancaqların siyahısını və yerlərini verirlər. Biz də sürücülərə təlimatlar veririk. Tapşırılır ki, dayanacaqdan kənarda saxlamaq olmaz. Eyni zamanda tapşırılır ki, bütün dayanacaqlarda saxlanılmalıdır”, - deyə Mübariz Quliyev bildirib.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA


















