Avtobus təkərinin içində minlərlə dərman tapıldı

Azərbaycana avtobus təkərində qaçaqmal yolu ilə dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb. “Sınıq Körpü” Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Elçin Davud oğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90UB373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutda 11714 ədəd həblər və 4 adda 1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












