Avtobus xəttləri bərpa olunur

Xətti ləğv olunan avtobuslar yenidən bərpa olunacaq.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xəttlərinin istiqamətlərində dəyişikliklər etmişdi.
Bəzi marşrut xəttləri ləğv olunmuş, bəzilərinin istiqamətləri dəyişilmişdi. 82, 93 və sair kimi avtobuslar isə tamamilə ləğv olnmuşdu. Amma artıq bu məsələ yenidən Nəqliyyat Nazirliyi tərəfindən gündəmə gətirilib.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, ləğv olunan avtobus xəttlərinin bərpası işləri ilə yanaşı, bəzi xəttlərdə avtobusların sayının artırılması məsələsi də artıq gündəmdədir. Xəttə əlavə yeni avtobusların da buraxılması məsələsi müzakirə olunur.
“Ola bilsin ki, 10 gün müddətində gecikmələr olsun. Amma qarşıda duran ən mühüm məsələlərdən biri əlavə yeni avtobusların xəttə buraxılmasıdır” - deyə, Namiq Həsənov bildirib.
İnsanların rahat və maneəsiz mənzil başına çatmaları üçün oyunlar ərəfəsində paytaxta gətirilən və turistlərə xidmət göstərən ekspress avtobusların xəttə buraxılması da gözlənilir. Həmin avtobusları bundan sonra sərnişinlərin ixtiyarında paytaxt yollarında görmək mümkün olacaq. Bu nəqliyyat vasitələri əvvəlcə şəhərin mərkəzində fəaliyyət göstərəcək.
Namiq Həsənov onu da qeyd etdi ki, daha sonra həmin avtobusların kənar ərazilərə buraxılması məsələsinə də baxılacaq.
Avtobuslar xəttə buraxıldıqdan sonra marşrutlara kart sisteminin tətbiq olunması da gözlənilir.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










