Avtobusa silahlı hücum

Türkiyənin Şanlıurfa vilayətində avtomobil ilə önü kəsilərək dayandırılmış sərnişin avtobusuna tapançayla atəş açılıb. Anspress-in məlumatına görə, hücumda güllələnən 38 yaşlı mikroavtobus sürücüsü Emin Küçükər ölüb, sərnişinlər böyük qorxu və həyəcan yaşayıblar. Hadisə günortadan sonra Şanlıurfa - Qaziantep magistralının 37-nci kilometriliyində baş verib. Şanlıurfa ilə Qaziantep arasında sərnişin daşıyan Emin Küçükərin istifadə etdiyi mikroavtobusun önü, Kocaali Məhəlləsi yaxınlığında, nömrəsi bilməyən avtomobil tərəfindən kəsilib. Hadisə şahidlərinin dediyinə görə, avtomobildən enən cinayətkarlardan biri tapançayla sürücünün olduğu tərəfə atəş etməyə başlayır. Qatilin dalbadal istiqamətli atəşindən 4 uşaq atası Emin Küçükər hadisə yerində həyatını itirir. İnsidenti törədənlər təzədən qarşısını kəsdikləri avtomobilə minib hadisə yerindən uzaqlaşıblar. Təcavüzkarların qaçdıqdan sərnişinlərin polisi çağırması ilə hadisə yerinə çoxlu jandarma qrupu cəlb edilib. Jandarma qrupları şok keçirən sərnişinlərin verdiyi ifadələrə əsasən qaçan şübhəlilərin tutulması üçün iş başladıb. Jandarma hadisə yerini incələdikdən sonra, sürücünün meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib. Hücum izlərinin olduğu mikroavtobus isə ətraflı araşdırma üçün Jandarma Komandanlığına aparılıb. Həyatını itirən sürücünün yaxınlarının dediklərinə əsaslanaraq, polis Küçükərin qan davasının qurbanı olduğunu iddia edir. Jandarma qrupları hazırda verilən məlumatlara əsasən Emin Küçükərin düşmənlərini araşdırır. Cinayətlə əlaqədar istintaq davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












