Avtobusda iyrənc əməl: qadın ağır xəsarət aldı

Gəncə şəhərində qadının pul kisəsi oğurlanıb, özü isə avtobusdan yıxılaraq ağır xəsarət alıb. APA-nın verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Səadət Nağıyeva ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qadın bu gün saat 12 radələrində şəhərdə 9 nömrəli sərnişin avtobusuna mindiyini, bir qədər sonra dayanacaqda düşmək istəyən zaman pul kisəsinin oğurlandığını hiss etdiyini deyib. O, sürücüdən avtomobili saxlamağı və avtobusu yoxlamağı xahiş etsə də, sürücü ona əhəmiyyət verməyib. Bu zaman yenidən avtobusa minmək istəyən qadın yanında olan 2 yaşlı uşağı ilə yerə yıxılıb. S.Nağıyevanın bildirdiyinə görə, pul kisəsində 400 manat, qızıl qolbağı, boyunbağı, sosial, qaz və elektrik enerjisi ödəmə kartları olub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












