Avtobusda qadınlarla kişilər əlbəyaxa oldular

Dünən metronun “Gənclik” stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Avtosfer.az-ın məlumatına görə, təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün - cavan oğlanın avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib. Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın sərnişinlər israrla sürücüdən avtobusu saxlamağı tələb ediblər. Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib, kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri söyüblər. “Çinar-Trans” MMC-dən milli.az-a bildirildi ki, 133 saylı avtobusdakı hadisə ilə bağlı qısa zamanda araşdırma aparıldı və sürücü Valeh Məmmədov işdən azad edildi.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












