Avtobusda yaşanan sevgili dəhşəti - VİDEO

Bu ilin 6 mart tarixində Türkiyədə yaşanan avtobus dəhşətinin video görüntüləri ortaya çıxıb. Avtosfer.az-ın məlumatına görə, görüntülərdə Mehmet E. avtobusda oturan Özge G.-dən bir az aralıda ayaq üstə dayanır. Birdən belindən tapançasını çıxardan Mehmet E. Özge G.-yə atəş açır. Daha sonra avtobusdan enərək qaçır. Hadisənin sonradan məlum olan təfərrüatları belədir: Mehmet E. barışmaq istədiyi keçmiş sevgilisi Özge G. ilə Topkapıda görüşüb. İddiaya görə Özge G. Mehmet E.-nin barışma istəyini qəbul etməyincə keçmiş sevgililər arasında mübahisə düşür. 19 yaşlı qız evinə getmək üçün Topkapıdan Göktürk avtobusuna minir. Mehmet E.-nin onun ardınca avtobusa minərək mübahisəni davam etdirir. Gənç qız oğlana sillə vurur. Bundan hirslənən Mehmet E., avtobus dayanacağa çatdığı an belindəki tapançasını çıxararaq atəş etməyə başlayır. Avtobusdakıların çaşqın baxışları arasında keçmiş sevgilisinə üç dəfə atəş açan Mehmet E., avtobusdan düşərək qaçıb. Təcili yardımla xəstəxanaya çatdırılan Özge G. bir gün sonra dünyasını dəyişir. Mehmet E. - də eyni gecə özünü asaraq intihar edib. Anspress
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












