Avtobusların iş qrafiki bu tarixdən dəyişir – AYNA-dan AÇIQLAMA

İctimai nəqliyyatın əlçatan, rahat və təhlükəsiz olması hər zaman sərnişinlər üçün önəmlidir. Bura marşrutun qrafiki və vaxt məsələsi də daxildir. Qeyd edək ki, “Bakı Metropoliteni” saat 00:00-a qədər fəaliyyət göstərir. Hətta bəzi önəmli, geniş kütləyə xitab edən futbol oyunlarında, konsertlərdə və s bu iş qrafiki daha da uzanır. Ancaq avtobuslarda bu, belə deyil. Sərnişinlərin sözlərinə görə, bir çox istiqamətə işləyən avtobusları saat 23:00-dan sonra tapmaq mümkün olmur. Halbuki bu ilin sentyabrında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, yeni mexanizmlərin tətbiqindən sonra bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı AYNA-dan "Bizim.Media"ya bildirilib ki, marşrutların iş saatı maksimum 23:30-a qədər davam edir. Bu isə bütün marşrutlara aid deyil:
“Avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir”.
Açıqlamada qeyd edilib ki, avtobusların iş saatının 2026-cı ildə uzaldılması nəzərdə tutulub.
“Avtobusların saat 24:00-a qədər işləməsinə gəldikdə isə, bu məsələnin həyata keçirilməsi “brutto müqavilə”nin tətbiqindən sonra mümkün ola bilər. “Brutto müqavilə”nin tətbiqinə 2026-cı ildən başlanılacaq”.
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












