Avtobusların sayı azaldılacaq

“Biz avtobus görəndə sevinməliyik”. Avtosfer.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, təəssüf ki, bizim vətəndaşlar avtobusu metro kimi görürlər: “Avtobus dayanacaqlara 2 dəqiqədən bir gələ bilməz. Mən özüm dünyanın inkişaf etmiş ölkələrində olmuşam. Böyük şəhərlərdə bəzən 45 dəqiqə avtobus gözləmişəm. Orada avtobuslar vaxtında gəlir. Düzdür bizdə avtobuslar hər zaman vaxtında gəlmir. Bu da paytaxtda təmir-tikinti işləri ilə əlaqədardır. Vətəndaş evdən çıxan kimi avtobus gəlməlidir prinsipi düzgün yanaşma deyil. Əslində biz avtobus görəndə sevinməliyik. Avtobus daşımaçlığı belə olmalıdır”.
Nazirlik rəsmisi həmçinin bildirib ki, avtobusların intervalının çox az olması sonda qəza və tıxaclara səbəb ola bilər: “Ona görədə mən hesab edirəm ki, avtobusların sayı azalsa daha yaxşı olar. Bakıda neçə milyon insan yaşayır. Onların hamısını 2500 avtobusla daşıyıb qurtarmaq mümkün deyil. Alternativ nəqliyyatlardan da istifadə olunmalıdır”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












