Avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Oğuzda baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. Ölümlə nəticələnən ağır yol qəzası bu gün səhər saat 06:40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 126-cı kilometrliyində, Oğuz rayonu Daşağıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü, Ağsu rayon sakini Umud Mahud oğlu Soltanov idarə etdiyi “Mercedes” markalı, 10 VZ 232 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra maşın aşaraq ərazidən axan Muxas çayına düşüb. Baş vermiş qəza nəticəsində sürücü Umud Soltanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin - 1977-ci il təvəllüdlü, Oğuz rayon sakini Yadigar Əsədullah oğlu Mustafayev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində yaralanan Yadigar Mustafayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












