Avtomobil alanda diqqətli olun! – OĞURLUQ MAŞINLAR VAR

Astara rayon sakininin həyətində üzərində başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları olan qaçırılmış avtomobil aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ, Biləsuvar RPŞ, Masallı RPŞ və Astara RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Astara rayon sakini Qəni Mirzəyevin həyətində “VAZ-2107” markalı avtomobil aşkar edilib. Araşdırmalar zamanı həmin avtomobilin Lənkəran şəhər sakini Ramal Həsənova məxsus, ötən il dekabrın 3-də qaçırılmış "VAZ-2107" markalı avtomobil olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Astara rayon sakini Elşən Nəzərova məxsus "VAZ-21013" markalı avtomobilin dövlət qeydiyyat nişanları olması müəyyən edilib. Q.Mirzəyev və avtomobili ona satmış Masallı rayon sakini Nahid Qasımov tutulublar. N.Qasımov izahatında avtomobili Yardımlı rayon sakini Samiq Adışovdan aldığını bildirib. Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












