Avtomobil nömrəsini 4500 dollara satdı

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın adının baş hərflərini özündə əks etdirən (06 RTE 53 seriyalı) avtomobil nömrəsi ilə birgə 9 min türk lirəsinə (4500 dollar) satılıb. Lent.az-ın məlumatına görə, 1988-ci ildə istehsal edilən “Tofaş Serçe” markalı avtomobil sahibi olan Bəkir Kılıç adlı şəxs tərəfindən nömrəsi ilə birgə satışa çıxarılıb. Maşının pula getməyəcəyini düşünən sürücü onu nömrə ilə birgə satmaq qərarına gəlib. Kılıç mətbuata açıqlamasında qeyd edib ki, maşınla yolda hərəkət edən zaman hər kəs onun idarə etdiyi maşına heyranlıqla tamaşa edirmiş: “Köhnə olduğuna görə bu maşınımı satmaq qərarına gəldim. İnternetdə elan verdim və simvolik qiymət yazdım. Bir nəfər maşınımı almaq istədi, mən də ona satdım”.
Maşın sahibi vurğulayıb ki, əslində alıcı maşına deyil, onun nömrəsinə yüksək məbləğdə pul verib: “Yəni mən nömrənin yanında maşını hədiyyə etdim”.
Maşının alıcısı Polat Fikrət Örsçelik isə bildirib ki, Ərdoğanın pərəstişkarı olduğu üçün qeyd olunan avtomobili alıb: “Avtomobil çox köhnə olduğu üçün onu istifadə etmək mümkün deyil. Ancaq hazırda həmin nömrəni başqa avtomobilə taxmağı düşünmürəm”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ














