Avtomobil xəndəyə yuvarlanıb, sürücü yaralanıb - FOTOLAR

Masallıda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 17-də Masallı-Boradigah yolunun Dəmirçi kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Bədələn kənd sakini, 1959-cu il təvəllüdlü Zülfüqar Nağdəli oğlu Nəqiyevin idarə etdiyi “Mercedes” markalı, “10 VC 308” dövlət nömrə nişanlı minik avtomobili manevr edərkən qəfildən idarəetməni itirib və yolun kənarındakı xəndəyə yuvarlanıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinin həkim briqadasının operativ müdaxiləsi sayəsində maşından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra onun vəziyyəti hazırda stabil qiymətləndirilir. Xəndəyə yuvarlanmış avtomobil isə evakuator vasitəsi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ

















