Avtomobil yolumuz da pullu olacaq - VİDEO

Avtomobil yolları haqqında qanuna dəyişikliyə əsasən dövlət mülkiyyətində olan ödənişli avtomobil yollarında qiyməti Tarif Şurası müəyyənləşdirəcək. ANS-in məlumatına görə, qanun 2000-ci ildən mövcuddur. Lakin onun ödənişli avtomobil yolları ilə bağlı hissəsinin təqbiqindən hələki söhbət gedir. Dünyanın əksər ölkələrində pullu yollar yaradılsa da, Azərbaycanda belə bir praktika yox səviyyəsindədir. Lakin bir müddət öncə rəsmi olmasa da, Bakı-Qazax, Bakı- Astara istiqamətinə gedən sürücülər Dairəvi yol təmir olunduğundan ticarət mərkəzində 50 qəpik pul ödəyərək yoluna davam edirdilər. Amma bu bir sınaq idi. Hər halda sürücülər bu yolu Lökbatandan dövr etməklə və ya Bayıldan da gedə bilərdilər. Bundan başqa İçərişəhərə avtomobillə giriş pulludur. Düzdü ərazi tarixi-qorunan məkan olduğu üçün bu addım atılıb. Aamma sürücülər pulu rahatlıqla ödəyirlər
Pullu avtomobil yollarında əsas məsələ sürətin təmin edilməsi və sürücülərin təhlükəsizliyinin təminatıdır. Azərbaycanın həm iqtisadi potensialı həm relyefi bu cür yolların tikinlməsinə imkan verir. Hazırda ölkədə tikintisi gedən bir neçə yolun pullu olacağı istisna edilmir. Bakı- Quba- Rusiya yoluna alternativ 60 kilometrlik avtomobil yolu ödənişli ola bilər. Ələt- Astara istiqamətdə mövcud yola alternativ çəkilən magistral da pullu olması mümkündü. Hələlik rəsmi qərar yoxdu.
Nəqliyyat üzrə ekspertlər düşünür ki, bu layihə milyonlarla vəsait tələb edir. Dövlətin dəstəyi ilə bərabər alternativ mənbələr, özəl şirkətləri, xarici bankları yol tikintisinə cəlb etmək olar.
Nəqliyyat eksperti Rauf Məmmədov deyir ki, elə başa düşməsinlər ki, bütün yollarda vergi tutulacaq. Onun sözlərinə görə, qiyməti aşağı etməklə intensivliyi altırmaq, baha etməklə isə o yolları boş qoymaq olar.
Dünyanın əksər ölkələrində, qonşu Rusiya, İran, Türkiyədə ödənişli yol və körpülərdən istifadə olunur.Gün ərzində Bogaziçi və Fatih Sultan Mehmət Körpüsündən 3 milyondan artıq nəqliyyat vasitəsi keçir. Sürücülər nəqliyyat vasitələrinə görə 1 manat 30 qəpiklə 15 manat arasında pul ödəyirlər. Hər il ödənişli yollardan dövlət büdcəsinə 300 milyon manat vəsait daxil olur. Azərbaycan hökuməti isə təkcə 2015-ci ildə avtomobil yollarının tikintisinə 290 milyon manat vəsait ayırıb. Ötən il bu rəqəm 214 milyon olub.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










