Avtomobil yolunun tikintisinə 10 milyon manat ayrıldı
Gündəm
12 İyun 2014 19:11
Oxunub 1472
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Xızı Rayon İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR