Avtomobillərindən 14 kiloqramdan artıq narkotik aşkarlandı - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram narkotik vasitə heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










