Avtoservislərin fəaliyyətində yenilik – QANUNA DƏYİŞİKLİK

Azərbaycanın avtomobil təsərrüfatında, daha dəqiqi avtomobil təmiri və avtomobillərə xidmət sektorunda mühüm yenilik gözlənilir. Avtosfer.az fins-ə istinadən xəbər veirir ki, avtomobil təmiri məntəqələrinə tələblər sərtləşdiriləcək, onların fəaliyyətinə nəzarət artacaq, müvafiq standartlara və tələblərə cavab verməyən məntəqələr ləğv ediləcək. Bütün bunlar prezident İlham Əliyevin təsdiqlədiyi “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulub. Qanuna dəyişikliklərin bir hissəsi avtomobillərə texniki xidmət göstərilməsinə aiddir. Belə ki, qanuna bu barədə ayrıca maddə (Maddə 7-1) əlavə edilib və bundan sonra avtoservislərin fəaliyyəti məhz bu maddənin tələbləri ilə tənzimlənəcək. Həmin maddəyə əsasən, avtoservis müəssisələri iki yerə ayrılacaq – texniki-təmir stansiyaları və texniki təmir sahələri. Texniki-təmir stansiyalarında avtomobillərə bütün növ təmir-texniki xidmətlər göstəriləcək. Texniki-təmir sahələrində isə avtomobillərə yalnız bir sahə üzrə xidmət göstəriləcək.
Yeni standartlar və tələblər gəlir
Qanuna əsas dəyişiklik təmir müəssisələri ilə bağlı standartların tətbiqidir. Dəyişikliklərdə bildirilir ki, servislərdə yaradılan şərait, istifadə olunan avadanlıqlar və təmir-xidmət prosesi standartların tələblərinə uyğun olmalıdır. Qeyd edək ki, bu standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) hazırlayacaq. Qeyd edək ki, hazırda bu sahə ilə bağlı standartlar mövcuddur, amma prezidentin fərmanına görə, komitə Nəqliyat Nazirliyinin və Daxili İşlər Nazirliyinin təkliflərini nəzərə alaraq bu standartları yeniləməlidir. Bundan başqa, SMPDK avtomobillərin bütün ehtiyat hissələri ilə bağlı da standartlar hazırlayacaq. Başqa sözlə. Bu yeniliklərin tətbiqindən sonra həm servis müəssisələrindəki şərait, həm də istifadə edilən ehtiyat hissələri standartlara uyğun olmalıdır.
Tələblərə cavab verməyən sexlər cəzalandırılacaq
Dəyişikliklərə görə, avtosevislər tərəfindən bu qanunun və standartların tələbləri pozulsa, onlar İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə görə məsuliyyət daşıyacaqlar. Avtoservislərin standartlara uyğunluğuna müvaviq nəzarət orqanı nəzarət edir. Dövlət başçısının fərmanında nəzarətin hansı orqan tərəfindən həyata keçiriləcəyi dəqiqləşdirilməyib. Əvəzində fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, nəzarət səlahiyyətlərinin hansı təşkilata verilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Təmir və xidmət zəmanətli olacaq
Qanuna digər mühüm dəyişiklik, avtoservislərdə zəmanətli təmirə aiddir. Dəyişikliklərdə bildirilir ki, avtoservislər göstərdikləri xidmətin və təmir işlərinin keyfiyyətinə məsuliyyət daşıyırlar və əgər hansısa problem yaransa həmin nasazlığı pulsuz aradan qaldırmalıdırlar: «Texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur»-deyə qanunda bildirilir.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA










