«Avtoş»luq edən evakuator sürücüləri cəzalandırıldı - VİDEO

Bakıda evakuator xidməti əməkdaşlarının idarə etdikləri maşınlarla yarışmasını əks etdirən video ilə bağlı məlumatlar Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən araşdırılıb. Bu barədə Avtosfer.az-a idarənin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, hər iki sürücü barəsində yol hərəkəti qaydalarının pozulmasına dair inzibati protokol tərtib olunub: «Hər iki sürücü işlədikləri şirkət rəhbərliyi tərəfindən işdən çıxarılıblar».
Qeyd edək ki, yarışma zamanı hər iki maşının üzərində evakuasiya olunmuş avtomobillər olub. Videokadrlardan görünür ki, evakuator sürücləri maşınları cərimə meydançasında birinci çatdırmaq üçün “yarışıblar”. Bu zaman onlar yol hərəkəti qaydalarını kobud şəkildə pozur, digər hərəkət iştirakçılarının yoluna çıxaraq onların qarşısını kəsir və qəza vəziyyəti yaradırlar.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












