“Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər arasında patı-şüşə istifadə edənlər var” - Ekspert

Avtovağzallar boş qalıb, qanunsuz sərnişin daşıyanlar isə meydan sulayır. Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı bildirib. “Təsəvvür edin ki, pandemiyanın ağır dövründə yüzlərlə koronavirus xəstəsi avtovağzaldan yox, kənardakı maşınlardan istifadə edərək səfər edir. Çünki gizli yolla işləyən maşınların sürücüləri heç kimdən COVİD pasportu tələb etmir, pulunu ver, kef elə”, deyə ekspert bildirib.
O qeyd edib ki, əgər siz də xəstə-sağlam demədən onların arasında olub yoluxmaq istəmirsinizsə, qanuni sərnişindaşımadan istifadə edin: “Avtovağzallara gedin, ucuz, rahat və təhlükəsiz hərəkət edin”.
E.Muradlı bildirib ki, avtovağzaldan kənar hərəkət edən maşınların sürücüləri arasında patı-şüşə kimi narkotik maddələrdən istifadə edənlər də var: “Çünki o zəhəri qəbul edənlərin yuxusu qaçır, o da bir gündə 3 dəfə reysə çıxa bilir. Həyatınızı belə insanlara həvalə etməyin!”
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












