Axşamlar dolmadan yola çıxmayan marşrut avtobusları – Qrafik necə tənzimlənir?

Şəhərin bəzi kənd və qəsəbələrində marşrut avtobusları sərnişin tam yığılmamış hərəkət etmir. Xüsusilə də, axşam vaxtlarında bir neçə sərnişin olan avtobus 15-20 dəqiqə, bəzən yarım saat gözləyir. Səbəb kimi “3 nəfərlə getmək sərf eləmir, bir az adam yığılsın” kimi ifadələr səsləndirirlər. Buna nümunə olaraq 56 nömrəli marşrut avtobusunu göstərmək olar. Ancaq bu nümunə tək deyil və kənd və qəsəbələrə gedənlərin axşam saatlarında bir çoxunun üzləşdiyi problemdir. Bəs qəsəbə və ya kəndlərdən hərəkət edən marşrutların hərəkət vaxtı necə müəyyənləşir?
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, 56 nömrəli marşrut üzrə 5 avtobusun 6-7 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulub və AYNA tərəfindən daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.
Bundan başqa AYNA-dan bildirilib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanır. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.
“Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir” – deyə qurumun məlumatında qeyd olunur.
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










