AYNA: “BakıKart” mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib

“BakıKart” mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) keçirilən ictimai dinləmədə AYNA rəsmiləri qeyd edib.
Məlumata görə, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.
Həmçinin bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. "Bakı Metropoliteni"nin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












