Azad edilən ərazilərin bərpasında İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir - Baş katib

Əlbəttə ki, Azərbaycana hərbi əməliyyatları başa vurmaq lazım idi, amma həmin ərazilərdə yenidənqurma işləri çox zaman, maliyyə və səbr tələb edir.
Bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.
Baş katib bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu istiqamətdə bütün səylərini dəstəkləyir: “Təşkilata üzv olan bütün ölkələr Azərbaycanın bu səylərini dəstəkləyəcək. Əlbəttə ki, gələcəkdə yenidənqurma işlərinin necə davam etməsi üçün Azərbaycana yenə səfərlər edəcəm".
Baş katib, həmçinin əlavə edib ki, İslam İnkişaf Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında öz dəstəyini göstərir. Əgər layihə müəyyən edilsə, İslam İnkişaf Bankı faizsiz kredit verə bilər və digər dəstək göstərə bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












