Bu şəxslərin maaşı artırılacaq - Nazir AÇIQLADI

Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasının səbəblərindən biri də ölkəmizin iqtisadi qüdrəti ilə əlaqədardır.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib.
Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir. Samir Şərifov əlavə edib ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib.
“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının artırılması da nəzərdə tutulur. Müdafiə xərclərinin sırasında hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələləri də yer alır”, - deyə Samir Şərifov əlavə edib.
Samir Şərifov qeyd edib ki, 2022-ci il üzrə sosialyönümlü xərclərin cari illə müqayisədə 1 milyard 640 milyon artımı proqnozlaşdırılır.
Nazirin sözlərinə əsasən, 2022-ci ilin yanvarın 1-dən maaşların, pensiyaların, müavinətlərin artırılması gözlənilir ki, bunun üçün də maliyyə təminatı yaradılıb. Nazir bildirib ki, sosialyönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edəcək.
“Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılması təklif olunur ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1,8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” - deyə nazir bildirib.
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI










