Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir - FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.
Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.
Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.





İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












