Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti Reyestrinin strukturu məlum olub.
Avtosfer.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla təsdiqlənən “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında əsasnamə”də əksini tapıb. Əsasnaməyə əsasən, Reyestrin strukturu aşağıdakı bölmələrdən ibarətdir:
- 1-ci bölmə - ilkin inventarlaşdırma işlərinin aparılması anında tikililərin vəziyyəti;
- 2-ci bölmə - tikililərdə dəyişikliklər (məsələn, yenidənqurma, bərpa, təmir işləri), həmçinin söküntü niyyəti barədə məlumatlar;
-3-cü bölmə - fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumat, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntü barədə məlumatlar.
Reyestrin 1-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
- tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd, qəsəbə);
- tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış binası və s.);
- tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət, abidə və s.);
- tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvanı (mövcud olduqda);
- tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);
- tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan);
- tikilinin ümumi sahəsi;
- tikinti sahəsi;
- tikilinin mərtəbəliliyi (mövcud olduqda);
- tikilinin fotoşəkilləri;
- inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar olunmayan inventar nömrəsi;
- qeydlər.
Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
- söküntü niyyətinə dair məlumatlar:
müraciət edən orqan (qurum);
müraciətin məzmunu;
müraciətin tarixi;
tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar (sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda):
- rəyləri təqdim edən orqan (qurum);
- rəylərin təqdim edilmə tarixi;
- rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının məlumatı;
- tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:
Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntülər barədə məlumatlar daxil edilir. Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










