AZAL bəzi reyslərini bağlaya bilər - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həyata keçirəcəyi lou-kost uçuşlar Moskva, İstanbul, Antalya və Dubaya istiqamətində olacaq". Bunu bu gün keçirilən mətbuat konfransında AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev deyib. Onun sözlərinə görə, avqustun 7-dən başlayaraq Türkiyəyə bazar ertəsi, çərşənbə və cümə günləri aşağı büdcəli uçuşlar təşkil olunacaq. "AZAL 2006-cı ildən Avrozonaya daxil edildiyindən, qiymətlər avro ilə hesablanır. Buna görə, lou-kost uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorları da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək", - deyə E. Hacıyev qeyd edib.
Onun sözlərinə görə, lou-kost uçuşlardan istifadə edən sərnişinlər yalnız əl yükü götürə biləcəklər: "23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək". "Aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın" - deyən Arif Məmmədov deyib ki, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər: "Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".
apa
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












