AZAL-dan daha bir yenilik

Bu ilin martın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri (Bakıdan uçuş – yerli vaxtla saat 09:45, İstanbuldan uçuş – yerli vaxtla saat 12:20) Boeing-787 “Dreamliner” təyyarəsində yerinə yetirilir. Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən oxu.az-a verilən məlumata görə, bu müasir tipli hava gəmisinin istismarı nəticəsində AZAL təkcə keyfiyyət cəhətdən fərqli səviyyədə rahatlıq təklif etmir, həm də təqdim olunan xidmətlər spektrini genişləndirir. Artıq martın ilk günündən İstanbul reyslərinin sərnişinləri premium ekonom xidmət sinfində səyahət etmək imkanı əldə edəcəklər. Bu xidmət sinfi adi ekonom siniflə müqayisədə bir sıra üstünlüklərə malikdir. Qeyd edək ki, İstanbul artıq AZAL-ın marşrut şəbəkəsində premium ekonom xidmət sinfinin tətbiq edildiyi ikinci istiqamətdir. Eyni xidmət sinfi aviaşirkətin Nyu-York istiqamətində yerinə yetirilən reyslərində də tətbiq edilib. Xatırladaq ki, Boeing-787 “Dreamliner” təyyarəsi 2014-cü ilin dekabr ayında AZAL-ın hava gəmiləri parkına daxil olub.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








