AZAL-ın mətbuat katibindən şəhid qardaşına hörmətsizlik: 40 qəpik ödəməlisiniz...
Gündəm
3 Mart 2021 14:12

"Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bugün onun əşyalarını Naxçıvana göndərmək AZAL üçün problem olub". Avtosfer.az xəbər verir ki, bu sözləri şəhid zabitimiz mayor Vəliyev Vüsal İslamoğlunun qardaşı Elyar İslamoğlu özünün feysbuk hesabında yazıb. O, AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin ona hörmətsizlik etdiyini bildirib: "Qardaşımın şəxsi əşyalarını və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm.
Karqo ilə göndərmək üçün hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinə zəng etdim. "Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kq pulsuz, qalan hər kq üçün 40 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur" dedi Paşa bəy. O məbləğ mənim üçün heç nədir, amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir?"
Oxunub : 1534
DİGƏR XƏBƏRLƏR
31 Avqust 2026 13:11
Bişkekdə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
31 Avqust 2026 12:00
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
31 Avqust 2026 08:48
Bu yollarda tıxac var - FOTO
30 Avqust 2026 22:41
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
30 Avqust 2026 14:18
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
ŞƏRH YAZ











