AZAL: “Naxçıvana uçan təyyarələr üçün təhlükə yoxdur”

"Naxçıvana uçuşlar yerinə yetirən mülki təyyarələrimiz üçün heç bir təhlükə yoxdur". Bunu APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvan Muxtar Respublikasına uçuşlar isə İran hava məkanı üzərindən həyata keçirilir: "Bizim uçuşlar üçün hər hansı təhlükə yoxdur".
Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. İndiyədək dəfələrlə rəsmi Bakı işğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçiriləcək uçuşlarla bağlı müvafiq tədbirlər görəcəyini bəyan edib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










