AZAL Naxçıvana uçuşları dayandırdı

Bu gün Bakı-Naxçıvan istiqaməti üzrə hərəkət edən “Boeing” markalı təyyarədə texniki nasazlıq olduğuna görə adıçəkilən istiqamət üzrə uçuşlar dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”-nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, bu istiqamət üzrə uçuşları həyata keçirən təyyarəyə baxış keçirilir, nasazlıq aradan qaldırılır.
Bundan başqa, mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda həmin istiqamətdə uçuşları həyata keçirmək üçün Airbus A340 təyyarəsi cəlb olunub: “Hazırda Bakıdan 236 nəfər sərnişin Airbus A340 ilə Naxçıvana uça biləcəklər. Naxçıvandan isə həmin sayda sərnişin Bakıya geri qayıda biləcək. Saat 15:00-dan isə Bakı-Naxçıvan istiqaməti üzrə hərəkət edən təyyarə uçuşlara başlayacaq. Bununla da problem həll olunacaq” - deyə, şirkət rəsmisi əlavə edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












