AZAL prezidentin tapşırığının icrasına başlayır

AZAL dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gündəmdə olan qiymətlərinin müzakirəsi gedir. Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. Bildirilir ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanda aviabiletlərin qiymətinin baha olması uzun müddətdir uzun müddətdir müzakirə mövzusudur. Belə ki, qiymətlər qonşu ölkələrlə belə müqayisədə dəfələrlə baha satılıb.
Prezident də son müşavirədə xidmət səviyyəsinə baxmayaraq, AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olması məsələsinə diqqət çəkib.
"Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?", - deyə prezident iradını dilə gətirib.
Prezidentin bu tapşırığından sonra mətbuatda Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərlər yer aldı. AZAL-ın vitse-prezident yazılanları təkzib edərək, hələlik konkret yeniliyin olmadığını və hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunduğunu bildirmişdi.
Elmin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












