Banner

Azərbaycan bu gecə Gorus-Qafan yolunda gömrük və sərhəd postları quracaq - AÇIQLAMA

Gündəm 10 Noyabr 2021 23:43 Oxunub 1962
Azərbaycan bu gecə Gorus-Qafan yolunda gömrük və sərhəd postları quracaq - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan tərəfi bu gün gecə yarısı Gorus-Qafan yolunda gömrük postları yaradacaq. Avtosfer.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

“Bu gün Azərbaycan tərəfi erməni tərəfinə məlumat verib ki, saat 00:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni keçid məntəqəsi yaradacaq”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi qarşılıqlı addımlar atacaq, gömrük məntəqələri yaradacaq. O qeyd edib ki, artıq işlərə başlanılıb.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, alternativ Qafan-Tatev yolu artıq hazırdır və bu yol vasitəsilə həm Gorusa, həm də İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçidi, həm də yüklərin daşınması üçün təhlükəsiz alternativi var.

Bundan əlavə, hazırda Şurnux, Vorotan və Çakatənə gedən icmadaxili yolların təmiri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh