“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin edildi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Avtosfer.az xəbər verir ki, sözügedən vəzifə Sənubər Nəzərovaya həvalə edilib.
O, bundan əvvəl “SOCAR AQŞ” MMC-nin mətbuat meneceri vəzifəsində çalışıb və yeni vəzifəsində Natəvan Bayramovanı əvəz edib.
Sənubər Nəzərova korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə yerli və beynəlxalq təşkilatlarda 15 ildən artıq zəngin iş təcrübəsinə malikdir.
S. Nəzərova bakalavr təhsilini Xəzər Universitetinin Humanitar Elmlər fakültəsində ingilis və ərəb dilləri üzrə alıb. 2008-ci ildə Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-2010-cu illərdə İsveçrə Federal Hökumətinin Cənubi Qafqazda həyata keçirdiyi “CABİR” proqramı çərçivəsində “The Graduate University of Geneve” də təhsil alıb. 2010-cu ildə isə İsveçrə Liderlik Mükafatının qalibi elan olunub. Sənubər Nəzərova 2018-ci ildə BP və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş Corc Vaşinqton Universitetinin “Layihələrin İdarəedilməsi” məktəbini uğurla başa vurub.
2003-2010-cu illər ərzində Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda və diplomatik korpuslarda media və kampaniyaların təşviqi üzrə məsul vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə Minilliyin İnkişaf Məqsədləri üzrə vəkillik və lobbiçilik kampaniyalarını həyata keçirən “GCAP Europe’’ koalisyasında MDB və Balkan regionları üzrə media əlaqələndiricisi vəzifəsini icra edib.
2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Qeyd edək ki, Sənubər Nəzərova T3 Vəkfi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayında Bakıda ilk dəfə olaraq keçirilmiş “Teknofest Azərbaycan’’ Aerokosmik və Texnologiya festivalının PR meneceri vəzifəsini icra edərək tədbirin yerli və beynəlxalq mediada geniş ictimailəşdirilməsini uğurla həyata keçirib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO













