Azərbaycan ərazisi ilə Ermənistana taxıl daşınması müntəzəm hal alıb - Rusiya Dəmir Yolları

“Ermənistana Azərbaycan ərazisi vasitəsilə taxıl daşınması müntəzəm hal alıb”. Avtosfer.az “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya Dəmir Yollarının rəhbərinin birinci müavini Sergey Pavlov deyib.
O, 2025-ci ilin noyabrında Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edilməsini və bunun ardınca uzun illər ərzində ilk dəfə Rusiyadan taxıl yüklü qatarın Ermənistana getdiyini xatırladıb.
“Hazırda daşınmalar müntəzəm xarakter alıb. Bu marşrut üzrə gələcəkdə də daşınmaları inkişaf etdirməyi planlaşdırırıq”, - Pavlov əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Həmin ilin noyabrın 5-də isə Rusiya taxılı Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












