Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi 33 258 min ton, yük dövriyyəsi isə 13 198,3 mln. ton-km olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4% və 2,5% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil edib.
Məlumata görə, yüklərin 15 277,6 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 10 090 min tonu və ya 30,3%-i avtomobil nəqliyyatı, 7 890,4 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ












