Azərbaycan ərazisindən tranzit kimi istifadə edən milli TIR-ların sayı açıqlanıb

2024-cü ildə 41 mindən çox milli TIR Azərbaycan ərazisindən tranzit kimi istifadə edib.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən tədbirdə bildirib.
"Ən önəmli məqamlardan biri Azərbaycan ərazisindən milli daşıyıcıların tranzit keçməsidir. Çünki digər ölkələrin ərazisindən keçərkən müxtəlif rüsum və yol vergiləri ödənilir və bu, daşıcıların beynəlxalq yükdaşmalarında rəqabətliliyə birbaşa təsir edir. Amma milli daşıyıcılarımız ölkəmizin ərazisindən, əsas daşıma bazarları və istiqamətləri olan İran, Rusiya, Türkiyə və Orta Asiya istiqamətinə hərəkət etdikdə, demək olar ki, böyük əksəriyyət hallarda Azərbaycan ərazisindən tranzit gedirlər. Bu, onların vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda əlavə tranzit xərclərindən azad olmasına birbaşa təsir edir. 2021-ci ildə 9 600 milli TIR ölkə ərazisindən tranzit keçib. 2024-cü ildə bu rəqəm 41 038 olub", - o vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












