Azərbaycan icmasının sədri Xızıda baş verən qəzada ölüb

Dünən gecə saatlarında Xızı rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb. Ağdaş rayon sakini, 31 yaşlı Nurəddin Baxışovun idarə etdiyi “Mercedes” yoldan çıxaraq aşıb. Nəticədə maşında olan 2 nəfər - Sumqayıt sakini, 56 yaşlı Möhübbət Şahbazova və Rusiya vətəndaşı, 57 yaşlı Hamil Hüseynov ölüb, 3 nəfər isə müxtəli dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Xəsarət alanlar sürücü Nurəddin Baxışov, sərnişinlər - Sumqayıt sakini, 56 yaşlı Lətif Şahbazov və Rusiya vətəndaşı, 21 yaşlı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır.
Qəzada ölən Hamil Hüseynov Rusiya Federasiyasının Petrozavodski şəhərində Azərbaycan icmasının sədridir. Faktla bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












