Azərbaycan lideri: "Sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var"

"Əlbəttə ki, tanınmış idmançılarımızın nümunəsi, Olimpiya, dünya, Avropa çempionlarının nümunəsi gənclər üçün də bir stimul olmalıdır. Onlar da bizim tanınmış idmançılar kimi olmağa çalışmalıdırlar. Bilirəm ki, bizim tanınmış, görkəmli idmançılarımız da həm öz idman uğurları ilə, həm də ki, davranışları ilə də nümunə göstərirlər".
Avtosfer.az-a xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Mən çox şadam ki, Azərbaycan idman ictimaiyyəti və bizim idmançılarımız, onların böyük əksəriyyəti həyatda da nümunədirlər və belə də olmalıdır. Bir sözlə, mən güləş idman növünün perspektivlərini çox müsbət qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə həm Olimpiya Oyunlarında, həm də dünya çempionatlarında bizim uğurlarımız kifayət qədər olacaq.
Bir məsələyə də toxunmaq istərdim. Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir", - Prezident vurğulayıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












