“Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır”

“Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransaya kəskin etirazını bildirməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
O bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir: “Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır. Ərdoğanın dediyi, kimi Makronun tarix bilgiləri çox zəifdir. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir”.
Deputat Zahid Oruc isə qeyd edib ki, verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır.
“Biz illərdir, bu siyasəti yürüdürük. Doğrudur, indi o dostlarımızın aktiv dəstəyini görmürük. Amma Azərbaycan yeni rayonları işğaldan azad etdikcə cənab Prezidentə zənglərin, bu qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq. Digər tərəfdən ermənilər bizi təxribata çəkmək istəyir. Artıq onlar Ermənistan ərazisindən ordumuza qarşı hücumlar edirlər və cavab atəşi açılmasını istəyirlər, biz buna getməyəcəyik. Azərbaycan nə 1992-ci ildə, nə də indi bu savaşın qlobal savaşa çevrilməsini istəyib. Amma Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin. Buna yol verməyəcəyik”.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












