Azərbaycan polisinə təşəkkür edirəm — Çingiz Qənizadə

"Ərəb turistlərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülər təbii ki, hər birimizi hiddətləndirdi. Çünki Azərbaycanın torpaqları uğrunda, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimiz bizim hər birimiz üçün əziz və müqəddəsdir".
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. O deyib ki, bu ərəblər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik etmişdir:
"Bizim hər birimizin həssas nöqtəmizə təhqiredici davranış sərgiləyiblər. Bu görüntülər ilk yayılanda bunun nə vaxt çəkildiyi, onlara qarşı hansısa bir addımın atılması məsələsi bizim üçün qaranlıq idi. Bu gün Daxili İşlər Nazirliyinin vermiş olduğu açıqlamalardan məlum oldu ki, hər üç əcnəbi etdikləri hərəkətə görə saxlanılıb və barələrində cinayət işi açılıb. Bu, artıq bizim emosionallığımızı, qəzəb hissimizi bir az sakitləşdirmiş oldu.
Mən bir Azərbaycan vətəndaşı kimi DİN-ə, onun rəhbərliyinə təşəkkür edirəm ki, milyonlarla azərbaycanlının ürəyindən keçən məsələni həll etdilər, həmin əcnəbilər operativ şəkildə, polislərin səyi nəticəsində tapıldı və saxlanıldı. Ümid edirik ki, bu şəxslərə layiq olduqları cəzalar veriləcək".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












