Azərbaycan Prezidenti: "Ermənistanın iyul təxribatının hədəflərindən biri də TANAP boru xəttini nəzarətə almaq idi"

İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi.
Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Hücumun digər səbəblərindən də danışan dövlətimizin başçısı deyib: "Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək".
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO












