Azərbaycan təyyarəsi qəza enişi etdi

Azərbaycanın özəl “Silk Way Airlines” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi mühərriklərinin birində başlamış yanğına görə Honkonq beynəlxalq aeroportunda təcili eniş edib. Bu barədə informasiyanı kütləvi informasiya vasitələrində yayılıb. Silk Way aviaşirkəti baş verən hadisə ilə bağlı açıqlama verib. Şirkətdən Trend-ə verilən məlumata görə,
Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarənin sınaq uçuşu zamanı 3 nömrəli mühərrikində pompaj hadisəsinin baş verməsi 3 nömrəli mühərriyin yararsız olması ilə bağlıdır.
Məlumatda qeyd olunur ki, Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə HAECO şirkətində D Check’tən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb.
Bildirilir ki, iyulun 14-də yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün uçuş hazırlığı verilib və təyyarə havaya qalxıb: "Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet (170 metr) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub".
Məlumatda sonra qeyd olunur ki, Silk Way aviaşirkəti, dərhal ehtiyat mühərriyini HAECO şirkətinə göndərib: "Təyyarədən sökülən mühərrik, Silk Way aviaşirkətinin mühərrikin istehsalçısı olan Rolls Royce şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olarak Roll Royce şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq və havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq".
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










