Azərbaycan üzərindən tranzit daşımalar arta bilər - VİDEO

Rusiya-Ukrayna müharibəsi dünyanın nəqliyyat-logistika marşrtunu da dəyişir.
Avtosfer.az-ın məlumatına görə, mövcud vəziyyətlə əlaqədar artıq bir neçə ölkə yükdaşımalarda alternativ yollar axtarır. İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, böyük ticarət potensialı olan Azərbaycanın bu sahədə imkanlarını daha da genişlənə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi tranzit daşımalara ciddi təsir göstərəcək. Ekspert bildirir ki, əvvəllər nəqliyyat daşımaları daha çox Qazaxıstan və Rusiya üzərindən Avropa ölkələrinə çatdırılırdı. Onun fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalar və digər çatışmazlıqlar vəziyyəti dəyişəcək. O qeyd edir ki, hadisələrin gedişatı alternativ yol kimi yüklərin digər ölkələrə çatdırılmasında Azərbaycanın rolunu daha da artıracaq. Ekspert bildirir ki, yaxın vaxtlarda Azərbaycanın istər dəniz, istərsə də quru yolu ilə beynəlxalq yükdaşımalarda yeni təkliflər alacağı gözlənilir. Qeyd edək ki, ötən il "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ında ümumi yükdaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











