Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığın son vəziyyəti araşdırılıb.
İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, İranın Limanlar və Dənizçilik Təşkilatının tranzit, lojistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimov arasında video-konfrans formatında iclas keçirilib. İclasda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.
İclasda tərəflər iki ölkənin limanları arasında yükdaşımaların artırılmasını vurğulayıblar.
İclasda həmçinin limanlar üzrə iki tərəfi maraqlandıran məsələlər, dəniz əməkdaşlığının artırılması üzrə bəzi sənədlərin ilkin mətni haqda fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən səfir S.A.Musəvi bildirib ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq dənizidir. İran İslam Respublikası və Azərbaycan Respublikası çoxlu dini, mədəni və tarixi ortaqlıqlara sahib iki Xəzəryanı ölkədir.
A.Musəvinin sözlərinə görə, Xəzər dənizi iki ölkə arasında əməkdaşlığı artırmaq üçün saysız imkan və potensiallar yaradıb6
“İki ölkənin enerji, iqtisadi, dənizçilik, balıqçılıq, turizm, dəniz elmləri və sairə sahələrində əməkdaşlığın səviyyəsini bir neçə dəfə artırmaq olar”.
S.A.Musəvi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə istiqamətlərdən biri limanlar və dəniz nəqliyyatı sahəsidir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












