“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ordumuzun qətiyyətli mübarizəsinə dəstək - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçiləri Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.
Dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu fotoları #Karabakh #AllForKarabakh #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə paylaşıblar.
Vətəndən uzaqda çalışan dənizçilər bu yolla Ermənistanın yalanlarına və təcavüzkar siyasətinə qarşı çıxdıqlarını, Qarabağın Azərbaycana məxsus olduğunu diqqətə çatdırıblar.
Bu təşəbbüsə #ASCO-nun Xəzərdənkənar sularda fəaliyyət göstərən “Şair Vaqif”, “Şair Sabir”, “Natəvan”, “Hüseyn Cavid”, “Laçın”, "Gəncə" gəmiləri qoşulub.
Bir daha vurğulayaq ki, Azərbaycan dənizçiləri harada üzmələrindən asılı olmayaraq, hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Fədakar dənizçilər Milli Ordumuzla fəxr edir, xalqımıza davamlı qələbə sevincləri arzulayırlar.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











