Azərbaycana gələn turistlərlə bağlı RƏSMİ AÇIQLAMA - 99 faizi...

2024-cü ilin əvvəlində Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin 99 faizi hava nəqliyyat növündən istifadə ediblər.
Avtosfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-aprel ayları ərzində ölkəmizə 472 003 turist gəlib.
Turistlərin 99 faizi, yəni 466 012 nəfəri təyyarələrlə, 5 991 nəfəri su nəqliyyatından istifadə edərək Azərbaycana daxil olublar. Su nəqliyyatı vasitəsilə Azərbaycana gələn turistlərin çoxu Türkmənistan vətəndaşıdır. Onların sayı 3 583 nəfər olub.
Bundan başqa Qazaxıstan (708 nəfər), Rusiya (511 nəfər), Türkiyə (271 nəfər), Özbəkistan (194 nəfər) vətəndaşları arasında da gəmi ilə Azərbaycana gələnlər var.
Qeyd edək ki, Azərbaycan quru sərhədləri bağladığına görə, ölkəmizə yalnız hava və su nəqliyyatı vasitəsilə səfər etmək mümkündür.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












