Azərbaycanda 13 dizel mühərriki hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyunun 4-də keçirəcəyi hərraca 8 kiçik dövlət müəssisəsi, 47 nəqliyyat vasitəsi, 13 dizel mühərriki və 24,5 ton metal çiv çıxarılacaq.
Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, alıcılar bu hərracda sənaye, xidmət sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək kiçik dövlət müəssisələri Gəncə şəhərində, İmişli, Xızı, Saatlı, Ağstafa və Göygöl rayonlarında yerləşir.
İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri Gəncədə yerləşən “Beton və məhlul istehsal edən sahə”dir. Həmin əmlakın ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisələri barədə ətraflı məlumatı https://clck.ru/3AsVYt linki vasitəsilə əldə etmək mümkündür.
Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2006-2016-ci illəri əhatə edir. Nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3AsVhB linki vasitəsilə tanış olmaq olar.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












